“Azərbaycan Avropanın enerji təhlükəsizliyində daha yaxından iştirak edəcək” - Ekspert
13:54 20.02.2019
Arxiv
538
" "Cənub Qaz Dəhlizi” bütövlükdə region, o cümlədən Azərbaycan üçün vacib, eyni zamanda, strateji əhəmiyyət daşıyan layihələrdən sayılır. Bu layihə dünyanın ən böyük investisiya layihələrindən biri kimi qiymətləndirilir”.
Bunu "Sherg.az” a iqtisadçı-ekspert Vüqar Bayramov bu gün Bakıda "Cənub Qaz Dəhlizi” Məşrəvərt Şurası çərçivəsində nazirlərin beçinci toplantısında çıxış edən Prezidenti İlham Əliyevin "Hesab edirik ki, bu layihə hər birimiz üçün uğur hekayəsi olacaq” fikirlərinə münasibət bildirərkən söyləyib.
Ekspert qeyd edib ki,investisiya tutumu 40 milyard dollardan artıq olan bu təşəbbüsün reallaşması Azərbaycanın məhz uğurlu və məqsədli siyasəti nəticəsində mümkün oldu:
"Çünki həm investisiyanın cəlb edilməsində, həm layihənin reallaşması ilə bağlı texniki məsələlərin həll edilməsində Azərbaycanın mövqeyi önəmli idi. Bu baxımdan biz həm region, eləcə də Avropa qitəsi üçün kifayət qədər əhəmiyyətli layihənin reallaşmasını müşahidə edirik. Azərbaycan "Cənub Qaz Dəhlizi”nin reallaşması ilə bağlı hədəflərinə nail ola bildi. Bu təşəbbüsün reallaşması iqtisadi, sosial, strateji və siyasi baxımdan çox vacib idi”.
Ekspertin qənaətincə, "Cənub Qaz Dəhlizi” Azərbaycanın gəlirlərinin artmasına imkan verəcək. İlkin qiymətləndirmələrə görə, bu layihə ölkəmizə gəlir olaraq 100 milyard dollar vəsaitin daxil olmasına imkan yaradacaq:
"Bu, ölkəmizin dövlət gəlirlərinin, eləcə də strateji valyuta ehtiyatlarının artırılması baxımından önəmlidir. Həmçinin bu layihə bizə imkan verəcək ki, Azərbaycan gəlirlərinin artması fonunda daha çox sosial investisiya üçün vəsaitlər ayıra bilsin. Bu, xüsusən də sosial proqramların uzunmüddətli dövr üçün dayanıqlı şəkildə maliyyələşdirilməsi üçün bir baza formalaşdırır”.
Bundan başqa V.Bayramov diqqətə çatdırıb ki, "Cənub Qaz Dəhlizi” Azərbaycan üçün sosial əhəmiyyət də daşıyır. Çünki gəlirlərin artması bir tərəfdən sosial proqramların sayına, digər tərəfdən, birbaşa məşğulluğa təsir göstərir:
"Həm istehsalçı, həm istehlakçı, həm də tranzit ölkələrdə 30 minə yaxın iş yeri yaradılıb. İş yerlərinin bir qismi daimidir. Azərbaycanın təşəbbüsü ilə reallaşan "Cənub Qaz Dəhlizi” hətta Avropa ölkələrində iş yerlərinin yaradılmasına imkan yaratdı. 200 iş yeri Yunanıstanın payına düşür”.
Müsahibimiz onu da əlavə edib ki,"Cənub Qaz Dəhlizi” Azərbaycanın strateji mövqeyinin möhkəmlənməsi baxımından çox önəmlidir:
"Ölkəmiz Avropanın enerji təhlükəsizliyində daha yaxından iştirak edəcək, TANAP vasitəsilə Türkiyə bazarına əlavə olaraq 7 milyard kubmetr mavi qaz, Avropaya ilkin mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi qaz nəql ediləcək. Nəticədə Azərbaycan regionun enerji təhlükəsizliyinə töhfə verən əsas ölkələrdən biri olacaq. "Cənub Qaz Dəhlizi” Xəzər hövzəsinin, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində yeni alternativ mənbə kimi çıxış etməsinə gətirib çıxarır ki, bu da ölkəmizin regionda mövqeyinin möhkəmlənməsi anlamına gəlir".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya