Azərbaycan Avropaya qaz ixracını iki dəfəyə qədər artıracaq
14:09 05.07.2021
Arxiv
453
Neft və qaz orta müddət ərzində Azərbaycan iqtisadiyyatında üstünlük təşkil etməyə davam edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin “Azərbaycan 2021: Enerji Siyasəti İcmalı” hesabatında məlumat verilib.
Bildirilib ki, Azərbaycan neft-qaz sektoruna investisiyada stabil mühit yaratmağa nail olaraq etibarlı ixracatçıya çevrilməyə nail olub. Eləcə də, Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsi ilə Avropanın qaz tədarükünün şaxələndirilməsində rolunu artırdığı, həmçinin, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rola malik olduğu qeyd edilib.
Hesabatda vurğulanıb ki, 2025-ci ilə qədər Avropada idxal edilən qaza olan təlabat 45 milyard kubmetrə qədər artacaq, bu isə Azərbaycanın regional qaz mərkəzinə çevrilməsinə şərait yaradacaq. Bununla da 2025-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə “Şahdəniz 2”dən hasil ediləcək qazın nəqlini iki dəfəyə qədər artırmaqla 16 milyard kubmetr həcminə çatdırmaq olar.
İstehsalda karbon emissiyalarının azaldılması ilə əlaqədar Dövlət Neft Şirkətinin (SOCAR) yanan qazların tamamilə aradan qaldırılması, metan emissiyalarının azaldılması istiqamətində də uğurla çalışdığı əlavə edilib.
Eyni zamanda, Azərbaycanın yeni inkişaf xərclərini idarə etmək üçün beynəlxalq səviyyədə rəqabətə dözümlü istehsalçıya çevrilməsinin çox vacib olduğu əlavə edilib.
Qeyd edilib ki, Azərbaycan neft emalı və neft-kimya istehsalının modernləşdirilməsi və artırılması ilə bağlı səylərini uğurla davam etdirir və bu sahədə irəliləyişlər mövcuddur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
17:33 17.09.2026
Hadisə
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq