"Azərbaycan gözləməli və Ermənistandakı hadisələri izləməlidir" - Sabiq XİN başçısı






"Proseslər göstərir ki, Ermənistanın siyasi sistemi böhran içərisindədir”.

Bunu "Sherg.az”a millət vəkili Qüdrət Həsənquliyevin müharibə çağırışına münasibət bildirərkən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. 

O bildirib ki, düşmən ölkədə siyasi böhran getdikcə gərginləşəcək:

"Hesab edirəm ki, hələlik Azərbaycan gözləməli və hadisələrin hansı formada inkişaf edəcəyini izləməlidir. Dağlıq Qarabağ münaqişəsinin həllində iki üsul – həm danışıqlar yolu, həm də hərbi əməliyyatların bərpası diqqət mərkəzində olmalıdır. Bu iki üsul dünyada mövcud olan digər münaqişələrin həllində də başlıca rol oynayıb”.

Qeyd edək ki, Q. Həsənquliyevin sözlərinə görə, Ermənistandakı siyasi qüvvələr daxili istifadə üçün atəşkəsi poza bilərlər. Deputat bildirib ki, belə bir halda cəsarətli qərar qəbul edib torpaqlarımız işğaldan azad edilməlidir.

Aysel Aslan