Azərbaycan Ordusunun daha bir hərbçisi şəhid olub




Martın 11-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində hərbi qulluqçumuz əsgər Abbasov Həsənəli Çingiz oğlu həlak olub.

 Sherg.az-ın məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin rəhbərliyi mərhumun yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!