“Azərbaycan polisinin bu addımı sivil dövlətçilik təcrübəsinə uyğundur" - Baş redaktor
10:36 19.11.2018
Arxiv
543
"Hüquq-mühafizə orqanlarının radikal qrupların təxribatının qarşısını almaq üçün atdığı addımlar qanuni və sivil dövlətçilik təcrübəsinə uyğundur”.
Bunu "Sherg.az”a açıqlamasında "Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Baş redaktor bildirib ki, bu addımları kimlərinsə müəyyən təzyiq, təsir və "polis zorakılığı” kimi təqdim etməyə çalışmasının heç bir perspektivi yoxdur:
"Bu cür radikal olaylar üzərindən Azərbaycanda müəyyən qrupların təsir altında olması barədə görüntü yaratmaq cəhdləri səmərəsizdir. Ölkəmizdə hərtərəfli, dərin dövlət quruculuğu gedir. Bu prosesin içərisində iqtisadiyyat, sosial sfera, mədəniyyət, incəsənət və bütün sahələr əhatə olunur. Eyni zamanda tariximiz üçün əziz olan mühüm hadisələrin və günlərin rəmzləşdirilməsi lazımi qaydada rəsmi surətdə aparılır. O cümlədən Azərbaycanın Müstəqillik, Ordu Quruculuğu, Milli Dirçəliş Günü, müxtəlif dövlət orqanlarının, peşə sahiblərinin bayramları lazımi səviyyədə simvollaşdırılır. Dövlətin hərtərəfli dəstəyi nümayiş edilir”.
A.Quliyev bəyan edib ki, Milli Dirçəliş Günü bütün azərbaycanlılar üçün əziz və doğmadır:
"Dövlət orqanları Milli Dirçəliş tariximizin əbədiləşdirilməsi üçün lazım olan addımları atır. Belə bir Günün qeyd olunması heç bir siyasi qüvvə tərəfindən inhisara alına, ən əsası isə radikal və dağıdıcı formada həyata keçirilə bilməz. Dövlət orqanları Milli Dirçəliş Gününü sivil və rəsmi qaydada, cəmiyyətin mütləq əksəriyyətinin iştirakı ilə həyata keçirir. Müəyyən siyasi qrupların `
bunu cəmiyyətin qəbul etmədiyi, xoflandığı, narahat olduğu radikal üsullarla icra etməsinin heç bir mənası və əhəmiyyəti yoxdur. Milli Dirçəliş Gününün radikal formada qeyd edilməsi dəyərə çevrilmiş o günün əhəmiyyətini azaldır. Həmin qüvvələr bunu nəzərə almalıdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə