Azərbaycan-Rusiya sərhədində ilk sərhəd nişanı qoyuldu
14:33 22.02.2018
Arxiv
718
2018-ci ilin fevral ayının 22-də Qusar rayonunun Zuxul kəndi ərazisində Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanının təntənəli quraşdırılması mərasimi keçirilib. Dövlət Sərhəd Xidmətinin
Mətbuat Mərkəzindən Lent.az-a daxil olan məlumata görə, Azərbaycan Sərhəd Mühafizəsi tarixinin ən əlamətdar hadisələrindən biri olan bu təntənəli mərasimdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nümayəndə heyətləri, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyalarının üzvləri iştirak ediblər.
Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanı quraşdırıldıqdan sonra Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri cənab Xələf Xələfov, Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri cənab Vadim Postnov, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nümayəndə heyətinin rəhbəri general-leytenant Aleksey Buyerov çıxış ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm