Azərbaycan sağlamlıq turizmi üzrə inkişaf strategiyası hazırlayır – Bu il qəbul edilə bilər
11:57 02.09.2018
Arxiv
576
Azərbaycanda sağlamlıq turizminin inkişafı üzrə yeni strategiya 2018-ci ilin sonuna qədər qəbul edilə bilər. Bu barədə Trend-ə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, Ümumdünya Sağlamlıq Turizmi Təşkilatının prezidenti Ruslan Quliyev deyib.
R.Quliyevin sözlərinə görə, strategiya demək olar ki, artıq hazırdır və yaxın gələcəkdə Azərbaycan Milli Məclisinə təqdim edilməlidir.
Assosiasiya sədri bildirib ki, ilin əvvəlində 2018-2020-ci illər üçün nəzərdə tutulmuş "Sağlamlıq turizminin inkişafı üzrə fəaliyyət planı"nın qəbul edilməsi planlaşdırılırdı, amma nazirlikdə islahatlar və turizm üzrə yeni Dövlət Agentliyinin yaradılmasına görə bu proses bir qədər yubanır:
"Ümumiyyətlə, fəaliyyət planının qəbulu prioritet olaraq qalır. Çox güman ki, inkişaf strategiyası qəbul edildikdən sonra bu sənəd təsdiq ediləcək".
Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərindən Ümumdünya Sağlamlıq Turizmi Təşkilatında sədrliyi qəbul edib. R.Quliyev vurğulayıb ki, təşkilata rəhbərliyin Azərbaycana keçməsi ölkədə turizmin daha da inkişafına şərait yaradacaq.
Xatırladaq ki, Azərbaycan 2014-cü ildən 60 ölkənin təmsil olunduğu bu beynəlxalq təşkilatın üzvüdür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə