
Azərbaycan səfirliyi etiraz edir
21:10 30.11.2014
Arxiv
571
"Səfirlik videorolikin müəllifini və nəyə görə Azərbaycanın Dağlıq Qarabağsız göstərildiyini aydınlaşdıracaqdır"![]()


Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi Haqqin.az saytında dərc edilən «Как Полад Бюльбюльоглы упустил Карабах?» yazısında yer alan məlumatları təkzib edib.
Səfirliyin mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumatda bildirilir ki, sözügedən məqalədə yer alan məlumatlar uydurma və yalandır:
"Haqqin.az saytında dərc edilən «Как Полад Бюльбюльоглы упустил Карабах?» başlıqlı məlumat uydurma və yalandır.
Xəbərdə deyilir ki, Kazan şəhərində keçirilən "Avrasiya inteqrasiyası: nailiyyətlər və problemlər” adlı İkinci ictimai forum zamanı nümayiş olunan videorolikdə Dağlıq Qarabağ Azərbaycanın tərkibində göstərilməmiş və bu Səfir Polad Bülbüloğlu ilə razılaşdırılmışdır.
Səfirliyin mətbuat xidməti rəsmi olaraq bildirir ki, nə Azərbaycanın Rusiyadakı Səfiri, nə də Səfirliyin hər hansı başqa nümayəndəsi bu rolikə baxmamış və onu təsdiq etməmişlər. Onu da qeyd etmək lazımdır ki, haqqin.az saytından məsələ ilə bağlı Səfirliyin mətbuat xidmətinə müraciət edən olmamışdır.
Haqqin.az saytı sensasiya axtarışına çıxaraq belə vacib məsələni dəqiqləşdirmədən yalan olan xəbəri dərc etməsi hiddət doğurur. Bununla sözügedən sayt həm öz oxucularına, həm də Səfirliyin fəaliyyətinə hörmətsizlik nümayiş etdirmişdir.
Videorolikə gəldikdə isə bildiririk ki, Səfirlik müvafiq qaydada rolikin müəllifini və nəyə görə Azərbaycanın Dağlıq Qarabağsız göstərildiyini aydınlaşdıracaqdır. Məsələ ilə bağlı mətbuat əlavə olaraq məlumatlandırılacaqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə