Azərbaycan və Ermənistan liderləri tezliklə görüşəcəklər




Azərbaycan və Ermənistan liderləri tezliklə ATƏT-in Minsk qrupu həmsədrlərinin təşkilatçılığı ilə görüşməyə razılıq veriblər.

"Sherg.az"ın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında deyilir.
Qeyd olunub ki, həmsədrlər fevralın 20-də İrəvanda baş nazir Nikol Paşinyan və fevralın 21-də prezident İlham Əliyevlə görüşüblər.
Görüşdə liderlərin yaxın gələcəkdə keçiriləcək görüşü və müzakirə oluna biləcək məsələlər müzakirə olunub.