"Azərbaycan və İran arasında eyni mövqedən çıxış etmə prinsipi yoxdur"
10:25 20.02.2018
Arxiv
1276
"Azərbaycan və İran arasında hərbi-sənaye, müdafiə sahəsinə dair razılaşmalar var”.
Bunu "Sherg.az”a İranın müdafiə nazirinin ölkəmizə səfəri haqqında danışarkən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan bildirib.
O vurğulayıb ki, bu səfər imzalanmış anlaşmaların davamıdır:
"Çünki Azərbaycanla İranın hərbi sahədə əməkdaşlığı yalnız hərbi-texniki avadanlıqların mübadiləsi, ticarəti ilə bağlıdır. Ola bilər, Azərbaycan hərbçilərinin İranda, iranlı hərbçilərin ölkəmizdə təmin keçməsi ilə bağlı razılıq əldə edilsin. Ümumiyyətlə isə, bu, adi səfərdir”.
Azərbaycanın qərbə inteqrasiya məsələsinə üstünlük verdiyini xatırladan S.Soltan diqqətə çatdırıb ki, İran NATO-ya, qərbə qarşı olan ölkədir:
"Azərbaycan NATO-nun bir sıra proqramlarında iştirak edir. Ola bilər ki, İranla da bəzi razılaşmalar olsun. Bu məsələlərdə cənub qonşumuz Azərbaycanı dəstəkləsin. Amma heç bir halda Azərbaycan və İran arasında eyni mövqedən çıxış etmə prinsipi yoxdur. Azərbaycanın 20 faiz torpaqları işğal altındadır və İran bu istiqamətdə ölkəmizə köməklik göstərmir.
ABŞ-ın Rusiyaya sanksiya tətbiq etmək planları Azərbaycanın bu dövlətdən silah almasına imkan verməyə bilər. Nəzərə alsaq ki, İrana da sanksiya tətbiq edilməsi gündəmdədir. Deməli, cənub qonşumuzdan silah alınmasında da problem yarana bilər. Ona görə, Azərbaycan və İran arasında hərbi sənaye kompleksi ilə bağlı təcrübə mübadiləsi, sülhməramlı tədbirlərdə iştirak məsələləri daha aktualdır”.
Qeyd edək ki, İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 21-də Azərbaycana səfər edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, səfər çərçivəsində İran nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşləri nəzərdə tutulub. Səfər fevralın 22-dək davam edəcək.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tom Kruzun qızı Suri atasının soyadından imtina edib
08:57 28.07.2026
Dünya
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya