Azərbaycan və Türkiyədə din təhsili ilə bağlı müzakirələr aparılıb
17:14 30.01.2019
Arxiv
841
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Türkiyənin Kırıkkale Universitetinin birgə təşkil etdiyi "Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib.
İnstitutdan Trend-ə verilən məlumata görə, konfransda Azərbaycan və Türkiyədə din təhsili sahəsində elmi tədqiqatlar aparan alimlər iştirak ediblər.
Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamladıqdan sonra, "Azərbaycanda din təhsili: mövcud vəziyyət və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. İnstitut rəhbəri ölkəmizdə din təhsilinin tarixindən, Aİİ-nin fəaliyyətinin təşkili istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən geniş bəhs edib.
O, müstəqil Azərbaycanda dövlət-din münasibətlərindən danışaraq, ümummilli lider Heydər Əliyevin sözügedən sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Rektor qeyd edib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu missiyanı böyük uzaqgörənliklə və uğurla davam etdirib: "Azərbaycan İlahiyyat İnstitutu da məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində yaradılıb”.
Kırıkkale Universiteti İslam elmləri fakültəsinin dekan müavini dr. Adem Yıldırım "İslam hüququnun tədrisinin aktual problemləri” mövzusundakı məruzəsində Türkiyədə İslam hüququnun tədrisindən bəhs edərək, mövcud problemləri və qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Kırıkkale Universiteti İslam elmləri fakültəsinin dekan müavini dr. Muhammet Ali Yazıbaşı "Cümhuriyyət dövründə Türkiyə ali məktəblərində din təhsili” mövzusunda çıxışında Türkiyədə universitetlərində və orta məktəblərdə din tədrisi barədə geniş məlumat verib.
Kırıkkale Universiteti İslam elmləri fakültəsinin müəllimi dos. Şahin Əhmədoğlu "Məzhəblər tarixi fənninin tədrisinin aktual məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Ş.Əhmədoğlu din-insan-məzhəb münasibətlərindən danışarkən, məzhəblərarası ixtilaflar və məzhəblərarası yaxınlaşmalardan bəhs edib. Məzhəblər tarixi fənninin tədrisindən danışan dosent mövcud vəziyyət və perspektivlər barədə fikirlərini bölüşüb.
Aİİ-nin Dinşünaslıq kafedrasının müdiri, dos. Elnurə Əzizova "Azərbaycanın ibtidai və orta məktəblərində Həyat bilgisi fənninin tədrisi – İslam dini kontekstində” mövzusunda məruzə ilə çıxış etmişdir. E.Əzizova Azərbaycanın orta məktəblərində müstəqil din dərsinin olmadığını, 1-9-cu siniflərdə "Həyat bilgisi” dərsliyində dinlə əlaqəli məlumatların tədris edildiyi barədə məlumat verib. Bildirilib ki, bu fənn ilə şagirdlərə müxtəlif dünya dinləri haqqında əsas biliklər öyrədilir.
Bakı Dövlət Universiteti Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının müəllimi Aygün Kərimova "Azərbaycanda tarixən dinə münasibət və din təhsili” mövzusunda məruzəsində ölkəmizdə mövcud olan multikultural və tolerant mühitdən bəhs edib. O, Azərbaycanda orta əsrlərdə fəaliyyət göstərən mədrəsələr haqqında geniş məlumat verib.
Tədbir məruzələrdən sonra, mövzu ətrafında fikir mübadiləsi ilə davam etdirilib.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu ali təhsil müəssisəsinin yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixində imzaladığı Sərəncamın birilliyinə həsr olunmuş silsilə tədbirlər həyata keçirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya