Azərbaycan yollarında bayram günü: 4 nəfər öldü, 11-i yaralandı




Dekabrın 31-də Azərbaycanda baş vermiş yol qəzalarında 4 nəfər ölüb. Lent.az-ın məlumatına görə, 2016-cı ilin son günündə ölkə yollarında 11 yol qəzası qeydə alınıb. 

Nəticədə vəfat edən 4 nəfərdən başqa daha 11 nəfər də xəsarət alıb.

Ölümlə nəticələnən qəzalardan ikisi Bakının Nizami rayonunda, digərləri isə Binəqədi və Göyçayda baş verib.