Azərbaycana plastik düyü gətirilir - Qida Təhlükəsizliyi Agentliyi hara baxır ?
15:42 27.02.2018
Arxiv
1348
"Ölkəyə gətirilən və ya ixrac edilən qidaların tərkibi ilə bağlı standartlar müəyyən olunub”.
Bunu sözləri "Sherg.az”a xarici ölkələrdən gətirilən və hazırda mağazalarda satılan plastik düyülərin olduğunu sübut edən videoların yayılmasından danışarkən iqtisadçı - ekspert Vüqar Bayramov deyib.
O diqqətə çatdırıb ki, ölkədə formalaşdırılan Qida Təhlükəsizliyi Agentliyinin(QTA) funksiyası da məhz saxta ərzaq və qida məhsullarının satışının qarşısını almaqdır:
"Ölkəyə idxal edilən qida məhsullarının tərkibi mütləq yoxlanmalıdır. Monitorinqlər göstərir ki, bazarda olan qida məhsullarının əksəriyyəti xaricdən idxal edilənlərdir. Biz ölkədə istehsal olunan qida məhsullarının strukturuna diqqət yetirsək, məmulatların əksəriyyəti xaricdən gətirilən qidalardır. Bu baxımdan yalnız keyfiyyətli məhsulların ölkəyə idxalına icazə verilsə, insanların sağlamlığı üçün daha təhlükəsiz olar.
Dövlət qurumları tərəfindən idxal olunan qida məhsullarının keyfiyyət standartları təkmilləşdirilməli, bu məhsulların sağlam tərkibdə olması prioritet götürülməlidir”.
Qeyd edək ki, mətbuatda yayılan videoda iki nəfər ayrı-ayrı qablara tökülmüş Masallı rayonunda yetişdirilmiş yerli düyü ilə xaricdən gətirilən, saxta olduğu hesab edilən düyünün qəribə üsulla tərkibini yoxlayırlar. Hər iki düyünün üzərinə kimyəvi maddə tökülür. Yerli düyünün üzərinə kimyəvi maddə tökülməsinə baxmayaraq, heç bir hadisə baş vermir. Ancaq saxta olduğu hesab edilən plastik düyünün üzərinə kimyəvi maddə töküldükdən bir qədər sonra düyü əvvvəlcə tüstüləməyə başlayır, daha sonra isə rəngi tamam dəyişərək əriyir. Hətta yerləşdiyi qabı da əridir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
17:33 17.09.2026
Hadisə
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq