Azərbaycanda 1 milyondan çox talassemiya daşıyıcısı var
06:14 31.01.2018
Arxiv
678
"Respublikamızda 1 milyondan yuxarı talassemiya daşıyıcısı var. Daşıyıcılıq talassemiyanın kiçik formasıdır. Daşıyıcılar xəstə deyil, onların sağlam insanlardan elə də fərqi yoxdur. Talassemiya daşıyıcıları ailə qurduqda xəstə uşaqlar dünyaya gəlir”.
APA-nın xəbərinə görə, bunu Respublika Talassemiya Mərkəzi publik hüquqi şəxsin direktoru Valeh Hüseynov deyib.
O bildirib ki, talassemiya daşıyıcıların ailə qurması nəticəsində son illər talassemiya xəstələrinin sayında artım müşahidə olunurdu: "Hazırda respublikamızda 3614 nəfər irsi qan xəstəsi kimi qeydiyyatdadır. Onların 3105-i talassemiyalı xəstələrdir. 2015-ci ildən nikahdan öncə tibbi müayinənin aparılması nəticəsində 2017-ci ildə talassemiya daşıyıcısı olan xəstələrin doğulmasında önəmli dərəcədə azalma müşahidə olunur”.
Direktorun sözlərinə görə, Respublika Talassemiya Mərkəzində 18 yaşa qədər qeydiyyatda olan talassemiyalı xəstələrin sayı 1000-ə yaxındır.
V. Hüseynov qeyd edib ki, 2013-cü ildən Respublika Talassemiya Mərkəzində 55 sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilib: "Bunların da əksəriyyəti irsi qan, o cümlədən talassemiyalı xəstələrdir. Sümük iliyi transplantasiyası talassemiya xəstəliyinin yeganə radikal müalicə üsuludur. Bütün dünyada olduğu kimi ölkəmizdə də donor problemi böyük problemdir. Bu il təxminən 10 xəstəyə sümük iliyinin köçürülməsi planlaşdırılır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya