Azərbaycanda göyərçinlər, cücələr və arılar niyə qırılır ? - İZAH
12:55 18.04.2017
Arxiv
1001
"Heyvanlara və bitkilərə aid dərmanlar bərbad vəziyyətdədir”.
Bunu Sherg.az-a son günlər bölgələrdə heyvanların dərmanların keyfiyyətsizliyi səbəbindən məhv olmasına münasibət bildirərkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, Səhiyyə Nazirliyi dərman preparatlarının keyfiyyətinin qaldırılması üçün ciddi mübarizə aparır:
"Belə deyirlər ki, həkimlər insanları, baytarla bütün bəşəriyyəti müalicə edirlər. Hələ insanların sağlamlığı ilə bağlı ölkədə uzun zaman problemlər olub. Hazırda isə heyvanlar və bitkilər üçün buraxılan dərmanlarda ciddi problem var. Məndə olan məlumata görə, Qubada 16-17 dəfə ağaclara, bitkilərə dərmanlar vurulur, lakin həşəratlarla mübarizə apara bilmirlər. Heyvanlar üçün istehsal olunan dərmanların tərkibində də çatışmazlıqlar var”.
E.Hüseynov bildirib ki, baytarlıq dərmanlarının tibbi-ekspertizası aparılmalıdır. Bu sahədə ciddi nəzarət olmalı, dərmanların keyfiyyəti qaldırılmalıdır:
"Bəzən kiçik quşların satışını görürük. Bəzən marketlərdə xırda toyuqlar satılır. Bunlar əslində murdar olmuş toyuqlardır. Toyuqlar müəyyən çəkiyə çatdıqdan sonra kəsilib satılmalıdır. Ona görə əhali hər məsələdə diqqətli olmalıdır. Bu sahəyə nəzarət edən dövlət orqanları isə "xeyirçi” mövqeyindən əl çəkməlidir”.
Qeyd edək ki, son günlərdə bölgələrimizdə heyvandarlıq təsərrüfatlarında ciddi tələfatlar baş verib. Kürdəmir rayonun Sığırlı kənd sakini Mahir Həsənovun təsərrüfatında 2 aylıq quşlar tələf olub. Həmçinin Hacıqabuldakı fərdi təsərrüfatda 850 ədəd cücə tələf olub. Ötən gün verilən məlumata görə isə Azərbaycanın cənub bölgəsində gənə xəstəliyi səbəbindən yüzlərlə arı ailəsi tələf olub. Arıların 40 faizinin tələf olmasına səbəb isə gənə xəstəliyinin qarşısını almaq üçün dərman preparatlarının keyfiyyətsiz olmasıdır.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region
Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
17:46 29.09.2026
Gündəm
Özbəkistan Prezidenti Pezeşkiana zəng etdi
17:38 29.09.2026
Gündəm
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq müzakirə olunub
17:17 29.09.2026
Sosial
Rusiyada hərbi təyyarə qəzaya uğradı: ölənlər var - VİDEO
16:49 29.09.2026
Hadisə
Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
16:39 29.09.2026
Gündəm
Lənkəranda hissedilən zəlzələ olub
16:06 29.09.2026
Hərbi
Alimləri heyrətə salan “xəyalət”: 100 milyonda bir rast gəlinir
16:02 29.09.2026
Maraqlı