Azərbaycanda QAR UÇQUNU: bir neçə kəndlə əlaqə kəsildi




Bu gün Quba-Xınalıq yolunda qar uçqunu olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, uçqun magistralın 37-ci kilometrliyində baş verib.

Uçqun nəticəsində yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Xınalıqla bərabər yolun üzərində olan daha 7 kəndlə əlaqə kəsilib.

"Azəravtoyol” ASC-nin yerli qurumunun canlı qüvvəsi və ağır texnikası əraziyə cəlb olunub. Hazırda yolun təmizlənməsi istiqamətində işlər aparılır.