“Azərbaycanda restoranlarda vərəm xəstələri işləyir” - Şok açıqlama
12:27 30.01.2018
Arxiv
555
"Azərbaycanda restoranlarda vərəm xəstələri işləyir” - Şok açıqlama
Bu gün bir çox restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələri işləyirlər və onlara nəzarət edilmir.
AZXEBER.COM-un məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev "Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” adlı dinləmələrdə çıxış edərkən deyib.
O bildirib ki, sovet dövründə müəyyən obliqat qrupu var idi, həmin qrupa daxil olanlar mütəmadi olaraq, müayinələrdən keçirilirdi, bu işə xüsusi nəzarət edilirdi: "Bu gün bu, unudulub. Bir çox restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələri işləyir və onlara nəzarət də edilmir. Əvvəllər belə obyektlərdə işləyənlər 3-4 aydan bir məcburi müayinədən keçirdilər. Bunu bərpa etmək və çox ciddi nəzarət etmək lazımdır”.
R.Mehdiyev qeyd edib ki, vərəm xəstəsi olan məhkumlar azadlığa çıxdıqdan sonra onlara nəzarət edilməlidir.
Son illərdə bu nəzarəti QHT-lərlə birgə təmin etdiklərini deyən R.Mehdiyevin sözlərinə görə, təcrübə göstərir ki, belə keçmiş məhkumlar yenidən cəzaçəkmə müəssisəsinə qayıtdığı zaman onlarda vərəmin daha kəskinləşmiş forması olur: "Bu isə onu göstərir ki, onlar azadlığa çıxdıqdan sonra vərəmi müalicə etdirmirlər və müəyyən müddətdən sonra daha kəskinləşmiş formada geri qayıdırlar. Buna görə də belə məhkumlara nəzarətin edilməsi çox vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya