Keçirilən konfransla bağlı "Sherg.az”a danışan iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Azərbaycan üçün yalnız dövlət yox, özəl sektorda da iş yerlərinin qorunub saxlanılması vacibdir:
“Azərbaycanda sosial-iqtisadi elementlərin inkişafı hər zaman prioritet olub" - İqtisadçı-alim
14:41 30.01.2019
Arxiv
855
Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda mühüm məsələlərə toxunub. Ölkə başçısı Azərbaycanın sosial sahəyə böyük diqqət göstərən ölkə olduğunu deyib.
Prezident sahibkarlara çağırış edərək bildirib ki, iş yerlərini ixtisar etməsinlər. Ölkə başçısı diqqətə çatdırıb ki, struktur islahatları iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır: "Dövlət qurumlarında aparılan struktur islahatları, - bütün dövlət qurumlarına artıq bildirilib, - iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır.
Bu struktur islahatları, sadəcə olaraq, idarəetmə mexanizminin təkmilləşməsinə yönəlib. Əlbəttə, dövlət müəssisələrində işləyən vətəndaşlar öz işlərində qalacaqlar. Özəl sektor da heç bir ixtisar aparmamalıdır, əksinə, dövlətin bu qədər dəstəyi müqabilində daha çox iş yerləri açmalıdır. Yenə də deyirəm, bu istiqamətdə proses müsbət gedir. Keçən il 118 min daimi iş yeri yaradılıb və təbii ki, bu, özəl sektorda yaradılmış iş yerləridir”.
Keçirilən konfransla bağlı "Sherg.az”a danışan iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Azərbaycan üçün yalnız dövlət yox, özəl sektorda da iş yerlərinin qorunub saxlanılması vacibdir: "Ölkəmizdə sosial-iqtisadi elementlərin inkişaf etdirilməsi hər zaman prioritet məsələlərdən biri olub. Azərbaycanda bazar iqtisadiyyatının formalaşmasına baxmayaraq aparılan islahatlar göstərir ki, ölkəmiz üçün sosial təminat olduqca vacibdir. Dövlətimiz birmənalı şəkildə Azərbaycanda sosial təminatın formalaşmasına nail olmaq üçün çalışır.
Bütün bunlar nəticə etibarı ilə zaman alır. Düşünürəm ki, növbəti dövrlərdə də sosial təminat prioritet istiqamətlərdən biri kimi qalacaq. Prezident konfransda sahibkarlara çağırış edərək iş yerlərinin ixtisar edilməməsini, əksinə yeni iş yerlərinin yaradılmasının əhəmiyyətini bildirdi. Gördünüyü kimi, məşğulluq siyasəti dövlətin sosial siyasətinin əsas tərkib hissəsidir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya