"Azərbaycanda təhsilə göstərilən qayğı özünü göstərir" - Deputat və spiker müəllimləri təbrik etdi



"Azərbaycan cəmiyyəti öz müəllimləri, təhsili ilə fəxr edir". Sherg.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Aydın Mirzəzadə deyib. 

Deputat bütün müəllimləri peşə bayramı münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb: 

"Azərbaycanda təhsilə göstərilən qayğı özünü göstərir. Ölkəmizdə son 15 ildə 3500 məktəb ya təmir edilib, ya da yenidən tikilib. Azərbaycanda orta məktəb, eləcə də universitet məzunlarının uğurları göz qarşısındadır. Həmkarlarım arasında da müəllim fəaliyyəti ilə məşğul olanlar var. Onları da bu gün münasibətilə təbrik edirəm”.

Spiker Oqtay Əsədov da da deputatın təbrikinə qoşulub. 

Anar