Azərbaycanda tərəqqi, Ermənistanda tənəzzül... - Qələbəyə yaxınlaşırıq
15:14 25.12.2018
Arxiv
366
Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksinin istifadəyə verilməsi mərasimi baş tutub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işitak edib. Cənab Prezident tədbirdə çıxışı zamanı bildirib ki, məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır və son illərdə məcburi köçkünlərin problemlərinin həlli işində çox böyük addımlar atılıb. Eyni zamanda ölkə başçısı qeyd edib ki, ümid edirik ki, 2019-cu il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər: "Ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz təmin olunmalıdır. Azərbaycanın ərazi bütövlüyünün istənilən yolla bərpası bizim suveren hüququmuzdur”.
Ölkə başçısının fikirlərini yüksək qiymətləndirən millət vəkili Elman Məmmədov "Sherg.az”a bildirib ki, cənab Prezident hər il olduğu kimi bu il də öz doğum gününü məcburi köçkünlərlə birlikdə qeyd etdi:
"Ölkə başçısının bu addımı hər kəs üçün nümunə olmalıdır. Bütün bunlar göstərir ki, Prezident öz hakimiyyəti dövründə daim məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ əlillərinin, hərbiçilərin və diqqətə ehtiyacı olan insanların qayğısına qalıb və hər zaman onların yanındadır. Bu, xalq iqtidar birliyinin çox gözəl bir nümunəsidir.
Tədbirdə cənab Prezident Qarabağ məsələsinə diqqəti yönəldərək bir daha öz pirinsipial mövqeyini ortaya qoydu. Bu məsələdə ölkə başçısının çox ciddi əsasları var. Ona görə ki, cənab prezidentin ötən uzun illər ərzində apardığı uğurlu siyasətin nəticəsində bunu deməyə haqqımız var və inamla olanları dilə gətiririk.
Ermənistanın bütün sahələrdə böhranlı vəziyyətə düşüb. Separatçı ölkədəki daxili gərginlik dözülməz həddə çatıb. Amma Azərbaycan inkişaf edir. Beynəlxalq qurumların ölkəmizə olan münasibəti kökündən dəyişib. Ölkəmizin nüfuzu yüksəlib.
Azərbaycanın dünyanın bir çox aparıcı dövlətləri ilə dostluq, tərəfdaşlıq münasibətləri var. Ermənistan isə işğalçı, soyqırım törədən dövlət kimi tanınır. Bu da Azərbaycanı öz ərazi bütövlüyünü təmin etməyə və ya daha dəqiq ifadə etsək qələbəyə yaxınlaşdırır. Cənab Prezident də bunun anonsunu verdi”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ən yüksək maaşı məhz həkimlər almalıdır - Həkim-pediatr
16:30 02.09.2026
Sağlamlıq
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə