"Azərbaycanın Avropa ölkələri ilə sıx əməkdaşlığı zəruridir" - Ekspert

"İqdisadi əməkdaşlıq həm də siyasi dosdluq deməkdir"
 Prezident İlham Əliyevin Avstriyaya səfəri həm də Azərbaycan və Avstriya arasındakı münasibətlərin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlət başçısı Avstriya Federal kansleri, Avstriya Prezidenti və vitse-kansleri ilə görüşdü. 2 ölkənin təşəbbüsü ilə Birgə Əməkdaşlıq Şurası adlı yeni bir əməkdaşlıq formatı yaradıldı. Burada da 2 ölkənin aidiyyatı nazirliləri, işgüzar dairələri bir araya gətirildi.
Görüş əsnasında bir daha qeyd olundu ki, Azərbaycan və Avstriya arasında yüksək səviyyəli siyasi əlaqələr mövcuddur. Azərbaycan Avstriyanın Cənubi Qafqaz regionunda əsas iqtisadi tərəfdaşıdır. İqtisadiyyat, ticarət, kənd təsərrüfatı, nəqliyyat, turizm, enerji və texnologiyalar kimi sahələrdə əməkdaşlığın böyük perspektivləri vatdır. Avstriya şirkətləri Azərbaycanda fəal surtədə çalışırlar. Avstriya şirkətləri Azərbaycanda İçəri Şəhərdə bir sıra tarixi abidələrin bərpasında, dağ xizək turizm komplekslərinin yaradılmasında yaxından iştirak ediblər.
Həmçini, Avstriya rəhbərliyi Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir. Bu səfər də Azərbaycanla Avstriya əlaqələrinin hərtərəfli inkişaf etirilməsi üçün münbit zəmin yaratmış oldu. Avstriya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını yaxından dəstəkləyir. Məhz Avstriyanın sədrliyi dövründə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq prioritetləri sənədi imzalanıb.
Nəqliyyat sahəsində 2 ölkə arasında böyük perspektivlər var. Azərbaycanın regionda yaratdığı infrastruktur imkanları Avstriya şirkətlərinin yeni bazarlara çıxışı üçün əlverişli imkanlar yaradır ki, Avstriya tərəfi də bunda maraqlıdır.
Avstriya-Azərbaycan münasibətlərini "Sherg.az"a dəyərləndirən "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmralıyev bildirib ki, Azərbaycanla Avropanın müxtəlif ölkələri arasında sıx əlaqələr mövcuddur: 
"Avropanın bir çox aparıcı şirkəti ölkəmizdə lahiyyələr icra edir. Avstriya da bu ölkələrin içində əhəmiyyətli yer tutur. Avstriya şirkətləri Azərbaycanda turizm sektorunda mühüm işlər görürlər. Təkcə İçərişəhərdəki tarixi abidələrin bərpası ilə bağlı işlərdə Avstriya şirkətlərinin iştirakı deyilənləri bir daha təsdiq edir. Turizmin mühüm sahəsi olan xizəkçiliyin yaradılmasında da bu ölkədən olan şirkətlərin əhəmiyyəti böyükdür. Avstriyada mebel sənayəsi yüksək səviyyədə inkişaf edib. Bundan istifadə edə, onların təcrübəsini öyrənə bilərik".
Analitik vurğulayıb ki, Azərbaycanda son zamanlar cənab Prezident qeyri-neft sektorunun inkişafını qarşıya hökumətin əsas məqsədi olaraq qoyub: 
"Nəzərə alaq ki, bu sahədə ən qabaqcıl olan turizm sahəsidir. Avstriya turizm sahəsinə görə Avropanın ən qabaqcıl ölkələrindən biridir. Birgə əməkdaşlığın bizim üçün faydalı tərəfləri çox olar. Azərbaycanın Avropa ölkələri ilə sıx əməkdaşlığı zəruridir. İqdisadi əməkdaşlıq həm də siyasi dosdluq deməkdir. Bu isə bizə Qarabağ həqiqətlərini, öz haqq səsimizi dünyaya çatdırmaq yardımcı olacaq".
İsmayıl