“Azərbaycanın Dağlıq Qarabağla bağlı qəti mövqeyi bir daha dünyaya bəyan edildi” – Millət vəkili
06:13 22.09.2018
Arxiv
676
"Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyinə həsr edilmiş təntənəli tədbirin keçirilməsi və burada coxsaylı dost və qardaş ölkələrin, beynəlxalq təşkilatların numayəndə heyətlərinin iştirakının təmin edilməsinin özü artıq bir tarixi hadisə kimi qiymətləndirilməlidir”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.
Deputat vurğulayıb ki, bu tədbir bir daha Azərbaycanın şanlı və qürurlu tarixinin, dövlətçilik tarixinin, dünəninin və bu gününün dünya ictimaiyyətinə çatdırılması üçün bir vəsilə oldu:
"Bütün dünya gördü ki, Azərbaycan xalqı yüksək dövlətçilik mədəniyyətinə, zəngin parlamentarizm tarixinə malik olan bir xalqdır. Hələ 100 il bundan əvvəl Şərqdə ilk demokratik Respublika qurmaqla, insan hüquq və azadlıqlarına təminat verməklə, qadınlara səsvermə hüququ tanımaqla bunu sübut edib. Mötəbər yubiley tədbirində çıxış edən Prezident İlham Əliyev Şəqdə ilk Demokratik Cümhuriyyətin qurulmasını mühüm tarixi hadisə kimi səciyyələndirdi. Cümhuriyyətin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladı.
Bu il "Cümhuriyyət İli” çərçivəsində dövlət səviyyəsində bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırdı. Bununla yanaşı Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Resbublikasının keçdiyi müstəqillik yoluna nəzər salaraq olduqca əhəmiyyətli ümumiləşdirmələr apardı. Ölkəmizin 1993-cü ildən sonra sabitlik və inkişaf yoluna qədəm qoyduğunu xatırlatmaqla hazırki mərhələdə istər iqtisadi-siyasi, istər humanitar və sosial sferada, istərsə də beynəlxalq münasibətlər sistemində necə böyük uğurlara imza atdığını diqqətə çatdırdı”.
Deputatın sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli məsələsinin vacibliyinə toxunan Prezident İlham Əliyev vurğuladı ki, işğal olunmuş torpaqlarda bütün infrastruktur dağıdılıb, milli sərvətimiz talan olunub:
"Dövlət başçısı bildirdi ki, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır və o, Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq. Bu fikirlər həm problemin həlli ilə bağlı Azərbaycanın qəti mövqeyinin bir daha bütün dünyaya bəyan edilməsi, həm də son zamanlar Ermənistan rəhbərliyinin təxribatçı çıxışlarına cavab kimi səsləndirildi.
Azərbaycanın həyata keçirdiyi siyasət sayəsində regional və qlobal əhəmiyyətli layihələrin həyata vəsiqə qazanması və bunun regiona sabitlik və rifah gətirdiyi, eyni zamanda ölkəmizə strateji müttəfiqlər qazandırdığı, işğalçılıq siyasəti ucbatından Ermənistanın bu layihələrdən kənarda qalması regional gerçəklik kimi təsvir edildi. Bununla yanaşı ölkəmizin demokratik dəyərlərə sadiq qalması, Azərbaycanda yüksək tolerantlıq mühitinin olması, multikultiralizm ənənələrinin yaşanması və inkişaf etdirilməsi, hüquqi dövlət quruculuğunda əldə edilən nailyyətlər qonaqların diqqətinə çatdırıldı”.
Millət vəkili bildirib ki, ölkəmiz bu siyasəti davam etdirəcək:
"Azərbaycanın qısa tarixi dövr ərzində əldə etdiyi nailiyyətlər, sözün əsl mənasında müstəqil dövlət olması, daima öz milli maraqlarından çıxış etməsi yüz il əvvəl qurulan Xalq Cümhuriyyəti ənənlərinə sadiq qalmasının bariz nümunəsidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya