Azərbaycanın güclü və böyük Türkiyəyə ehtiyacı var: “Ərazi bütövlüyümüzə gedən yol məhz qardaş ölkədən keçir”
16:56 29.08.2018
Arxiv
710
"Türkiyə-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Türkiyə parlamentinin rəhbəri Binəli Yıldırımın Azərbaycana növbəti səfəri münasibətlərin daha da möhkəmlənməsinə hesablanıb”. Bu barədə "sherg.az”a "Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib. Ekspertin sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri daha üst səviyyədə olmalıdır:
"İki qardaş ölkə arasında viza rejimi nəhayət ki, qaldırılmalıdır. Azərbaycan öz təhlükəsizliyinə görə, ərazisində Türkiyə hərbi bazalarının yaradılmasına icazə verməlidir. Bundan əlavə Rusiya və İranla sərhədlərimizdə türk qoşunları yerləşdirilməlidir. Bunların hamısı Azərbaycanın təhlükəsizliyi naminədir. Sabah Ermənistanla müharibəyə başlayanda şimal və cənub sərhədlərimizdən rahat olmalıyıq.
Bu cür addımlar həm Azərbaycan-Türkiyə münasibətlərini ən yüksək həddə çatdıracaq, həm də Türkiyənin regionda daha da güclənməsinə şərait yaradacaq. Nəzərə alaq ki, indiki dönəmdə Azərbaycanın güclü və böyük Türkiyəyə ehtiyacı var. Azərbaycanın ərazi bütövlüyünə gedən yol məhz qardaş Türkiyədən keçir”.
Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 28-də Azərbaycana səfərə gəlib. Prezident İlham Əliyev tərəfindən qəbul olunan Binəli Yıldırım Azərbaycan və Türkiyəni regional və beynəlxalq arenada birgə fəaliyyət göstərən iki dost və qardaş ölkə olduqlarını diqqətə çatdırıb. Parlament rəhbəri bu səfərin münasibətlərin gələcək inkişafına təkan verəcəyini deyib.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi