"Bütün səylərə baxmayaraq, Azərbaycanın torpaqlarını işğal altında saxlamaq və ölkənin inkişafını təmin etmək yanaşması iflasa uğrayıb. Ermənistan bütün regional layihələrdən kənarda qalıb və yalnız Moskvanın dəstəyi ölkənin inkişafı problemlərini həll etməyə yetərli olmayıb. Əksinə, Ermənistanın suverenliyi təhdid altında qalır. Son illər erməni siyasi təbəqəsinin leksikonunda "suverenlik qıtlığı” ifadəsi möhkəm kök salıb.
"Azərbaycanın İran və Rusiya ilə sıx əməkdaşlığı Ermənistan üçün nəfəsliyi daraldır" - Aktual
15:27 30.01.2019
Arxiv
577
"2016-cı il aprel döyüşləri göstərdi ki, erməni diplomatları danışıqlar masasından qaçmağı yaxşı bacardığı qədər, erməni əsgəri, muzdlusu da səngərdən yaxşı qaça bilir”.
Bunu "Sherg.az” açıqlamasında siyasi ekspert Zaur İbrahimli deyib.
Analitik bildirib ki, məhz bunun dərk edilməsindən sonra Ermənistanda etiraflar başlayıb:
"Bütün səylərə baxmayaraq, Azərbaycanın torpaqlarını işğal altında saxlamaq və ölkənin inkişafını təmin etmək yanaşması iflasa uğrayıb. Ermənistan bütün regional layihələrdən kənarda qalıb və yalnız Moskvanın dəstəyi ölkənin inkişafı problemlərini həll etməyə yetərli olmayıb. Əksinə, Ermənistanın suverenliyi təhdid altında qalır. Son illər erməni siyasi təbəqəsinin leksikonunda "suverenlik qıtlığı” ifadəsi möhkəm kök salıb.Azərbaycanın İran və Rusiya ilə sıx əməkdaşlığı da Ermənistan üçün nəfəsliyi daraldır. Tehran-Bakı iqtisadi əməkdaşlığının dərinləşməsi ermənilərdə daha çox qıcıq doğurur. Rusiya-Türkiyə əməkdaşlığı, Moskva-Ankara yaxınlaşması isə ermənilərin şübhələrini daha da artırır. Rusiya və İran Azərbaycanla daha sıx iqtisadi əməkdaşlıq layihələrinə imza atırlar. Azərbaycanla əməkdaşlıq dərinləşir, praktikada İrəvan siyasi dəstəyi qoruya biləsə də, onun üçün yeni imkanlar yaranmır. Əskinə, mövcud imkanlar daha da daralır”.
Ekspertin sözlərinə görə, İrəvanın siyasi dairələrində bu gerçəklik daha yaxşı dərk olunur:
"Erməni siyasi elitasının geosiyasi vurnuxmaları bununla izah olunmalıdır. Azərbaycanın Ermənistanı dalanda saxlamaq strategiyası bəhrə verməyə başlayıb. Dalanda qalan ermənilər, həm də dalda qaldıqlarını başa düşməyə başlayıblar. Bunu hamıdan tez başa düşən Petrosyanı hakimiyyətdən uzaqlaşıdıran ermənilər indi yenidən onun tezislərinə müraciət edirlər. Bu həm də Cənubi Qafqazı bütövlükdə Qərb gesosiyasi məkanının ayrılmaz hissəsinə çevirməyə çalışan Vaşinqton və NATO analitiklərinin strategiyasıydı.
Bu strategiya müəyyən dəyişikliklərlə həyata keçirilməkdədir. Məsələn, 2019-cu ildə Gürcüstanda NATO-nun indiyə qədər region üçün misli görünməyən hərbi təlimi keçiriləcək. Avropa İttifaqı isə Cənibi Qafqaz ölkələrinin nəqliyyat və tranzit infrastrukturunun Avropaya inteqrasiyası üçün 13 milyard avrodan çox vəsait ayrılması barədə qərar verib. Gürcüstana ayrılan vəsaitdən Sadaxlı gömrük-keçid məntəqəsinin potensialının artırılması da nəzərdə tutulub. Bu barədə növbəti dəfə söhbət açacağıq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya