Azərbaycanın tanınmış jurnalisti İraqdan deportasiya olundu




Azərbaycanın tanınmış jurnalisti Səbuhi Məmmədli İraqdan Azərbaycana deportasiya edilib. Jurnalistin səfərinin məqsədi İraqdakı vəziyyət, Bağdad həbsxanalarında saxlanılan azərbaycanlı qadın və uşaqların durumu, habelə bu ölkənin tarixi və turistik bölgələrindən reportajlar hazırlamaq idi.

Fevralın 26-da Bağdad hava limanında saxlanılan jurnalist bu gün Bakıya yola salınıb. S.Məmmədlinin Lent.az-a verdiyi məlumata görə, o, elə Bağdad hava limanında qeydiyyatdan keçdikdən dərhal sonra saxlanma məntəqəsinə aparılıb: 

"İki gün saxlanma məntəqəsində qaldıqdan sonra bu gün, nəhayət, deportasiya qərarı verildi”.

Jurnalist iki gün ərzində başına gələnlər barədə Lent.az-a geniş reportaj hazırlayır...