Azərbaycanlı məşhur süni mayalanma yoluyla ata olmaq istəyir





Prodüser Tarix Əliyev (Tolik) ata olmaq niyyətindədir. Lent.az-ın məlumatına görə, "ATV maqazin onlarla” verilişinə açıqlama verən prodüser bildirib ki, süni mayalanma ilə övlad sahibi olmaq istəyir:

"Bir gün eşidəcəksiniz ki, Tolikin toyu olub. Mən gizlin kiçik məclis etməyi düşünürəm. İstəmirəm ki, kimsə desin Tolik yalandan evlənib. Ailədən çox övladımın olmasını istərdim. İstəyirəm xaricə gedim, orada süni mayalanma yolu ilə övlad sahibi olum. Onu saxlayım, böyüdüm".