Azərbaycanlı mütəxəssisin xarici nəşrlərdə elmi yazıları işıq üzü görüb
11:11 28.03.2019
Arxiv
787
Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Simran Həsənovun xarici hüquq nəşrlərində bir sıra maraqlı elmi yazıları işıq üzü görüb.
Müəllifin Venesuelanın yüksək elmi reytinqə malik olan "Opsion” jurnalında dərc olunmuş "Postsovet ölkələrində dini təşkilatların əmlakının formalaşması” adlı məqaləsində MDB ölkələrinin dini qurumlarının əmlakının yaranması mənbələrinin xüsusiyyətləri müqayisəli şəkildə araşdırılır, onların hüquqi tənzimlənməsinin özünəməxsusluğuna qiymət verilir. Azərbaycandakı dini birliklərin əmlak vəziyyətini təhlili ilə bağlı məsələlər yazının əsas hissəsini təşkil edir. Dini icmalarımızın maddi-texniki cəhətdən dəstəklənməsi prosesində dövlətin yaxından və təmənnasız iştirakının hüquqi tənzimlənməsi problemlərinə xüsusi diqqət yetirilir.
S.Həsənovun "Dini qurumların idarəetmə orqanlarının formalaşması və fəaliyyəti qaydaları: hüquqi aspektlər” adlanan digər maraqlı bir məqaləsi Ukraynanın nüfuzlu "Hüququn sosiologiyası” dərgisində dərc olunmub. Yazıda dini təşkilatların idarəetmə orqanlarının yaranması və fəaliyyətinə təsir göstərən bəzi hüquqi amillər, o cümlədən bu məsələdə onların nisbi müstəqilliyi və muxtariyyəti problemləri araşdırılır. Müəllif ölkəmizdəki müxtəlif dini konfessiyalara məxsus dini icmaların nizamnamələrini qarşılıqlı şəkildə tutuşduraraq onların idarəetmə sahəsində özünəməxsus cəhətlərini araşdırır.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm