“Azərenerji” ASC yarımstansiyalarda da yenidənqurma işləri aparır
07:37 27.03.2019
Arxiv
603
"Azərenerji” ASC "Reabilitasiya Proqramına” uyğun olaraq, elektrik stansiyaları, dispetçer idarəetmə mərkəzləri, yüksəkgərginlikli ötürmə xətləri ilə yanaşı sistem əhəmiyyətli yarımstansiyalarda da kompleks tikinti, yenidənqurma və bərpa işləri həyata keçirir.
Qeyd edək ki, enerjisistemdə yarımstansiyaların yenidən qurulması, o cümlədən yüklənən transformatorları dəyişərək gücünün çoxaldılması artan gücün qarşılanması və avadanlıqların qızamasının, bununla da qəzaların qarşısının alınması baxımından çox əhəmiyyətlidir.
Qurumdan "Sherg.az"a verilən məlumata görə, eyni zamanda qəza rejimində yükü bir yarımstansiyadan digər yarımstansiyanı üstünə köçürülməsi, itkilərin aradan qaldırılması, ən əsası isə paylayıcı şəbəkə istehlakçılarının daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün yarımstansiyaların yenidən qurulması və gücünün artırılması olduqca vacib məsələdir.
Odur ki, Dövlət tərəfindən ayrılan vəsait və daxili imkanlar hesabına "Azərenerji” ASC-nin balansında olan 220 kV-luq "Xırdalan” və "Müşfiq”, 110 kV-luq "8-ci km”, "Zabrat”, "Əhmədli”, "Dübəndi”, "Maştağa”, "Buta”, "Ələt”, "Zığ”, "Sumqayıt-2”, "Gəncə-1”, "Quba”, "Mingəçevir şəhər”, "Sabirabad”, "Şəki” və 205 saylı yarımstansiyalar yenidən qurulur.
Bundan başqa Sumqayıt şəhərində sənaye komplekslərinin qidalandırılması üçün yeni 110 kV-luq "Sulfanol” yarımstansiyası tikilir və işlər yekunlaşmaq ərəfəsindədir.
Paralel olaraq "Reabilitasiya Proqramı” çərçivəsində son 6 ayda digər yarımstansiyalarda da təmir-bərpa işləri həyata keçirilib və yarımstansiyaların gücü əhəmiyyətli dərəcədə artırılıb. Belə ki, 110 kV-luq "Masazır” yarımstansiyasında 25 MVA transformator 40 MVA transformatorla, "Cənub” yarımstansiyasında 25 MVA transformator 40 MVA transformatorla, "135 saylı” yarımstansiyada 2 ədəd 40 MVA transformatorlar 80 MVA transformatorlarla əvəz olunub. Eyni zamanda "Ələt” yarımstansiyasında 15 MVA transformator 25 MVA transformatorla, "Əhmədli” yarımstansiyasında 40 MVA transformator 80 MVA, 63 MVA transformator 80 MVA transformatorla, "Zabrat” yarımstansiyasında 63 və 40 MVA transformatorlar 80 MVA transformatorla əvəz edilib.
Ümumilikdə isə son 6 ayda yarımstansiyalar üzrə 249 MVA güc artırılıb.
Ayyət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət