Yusif Bəkirov: “Bağçaları idarə etmək üçün dövlət tərəfindən xüsusi komitələr yaradılmalıdır”
Bağçalar Hacıbala Abutalıbovun “kurasiyasından” alına bilər
21:08 17.05.2016
Arxiv
916
Nadir İsrafilov: “Təhsil Nazirliyinin məktəbəqədər təhsillə bağlı səlahiyyətlərinə yenidən baxılması zəruridir”
Yusif Bəkirov: “Bağçaları idarə etmək üçün dövlət tərəfindən xüsusi komitələr yaradılmalıdır”
Yusif Bəkirov: “Bağçaları idarə etmək üçün dövlət tərəfindən xüsusi komitələr yaradılmalıdır”
Uşaq bağçalarının Bakı Şəhər İcra Hakimiyyətindən alınaraq yenidən Təhsil Nazirliyinin nəzdinə qaytarılması məsələsi bu dəfə də millət vəkili Zahid Oruc tərəfindən qaldırılıb. Uzun zamandır ciddi müzakirələrə yol açan bu məsələyə toxunan millət vəkili bağçaların bu gün uşaqların 3-5 faizi üçün əlçatan olmadığını deyib. Ölkədə fəaliyyət göstərən özəl bağçaların az olduğunu vurğulayan Z.Orucun sözlərinə görə, əksəriyyəti dövlətin və icra qurumlarının nəzarətindədir:
"Bağçanın Bakı Şəhər İcra Hakimiyyətinə nə aidiyyatı olduğunu Hacıbala Abutalıbovdan başqa heç kəs deyə bilməz. Bağça xidmət deyil, gələcək elmin sirlərini ilk üsullarla öyrədilmə yeridir. Parlament üzvləri olaraq bu fikri möhkəmləndirək ki, bağçalar Təhsil Nazirliyinə qayıtsın, icra nümayəndələri üçün yem olmaqdan çıxsın. Bağçada uşağın "soska”sına göz dikənlər varsa, gələcəkdə nəyi hesabladıqlarını yaxşı bilirlər”.
Parlament üzvünün uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə qaytarılması ilə bağlı təklifini təqdir etdiyini deyən təhsil eksperti Nadir İsrafilov hesab edir ki, təhsil vahid bir orqanizm, yəni bir sistemdir və bu mənada sistem bir mərkəzdən idarə olunmalı və cavabdehliyi də konkret cavabdeh daşımalıdır, bütün sorunlar da bilavasitə ona ünvanlanmalıdır.
Keçmiş rəhbərliyin yarıtmazlığı ucbatından bir sıra səlahiyyətlərin, o cümlədən də məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyindən alınıb, icra hakimiyyəti orqanına verilməsini vurğulayan ekspert deyib ki, bunun da fəsadlarının bilavasitə şahidiyik. Ekspertin sözlərinə görə, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil sahəsində idarəetmə islahatlarının başlıca istiqamətlərindən biri kimi məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin aşağı olması vurğulanıb: "Məktəbəqədər təhsillə əhatə səviyyəsinin şəhərlərdə 23,4, kəndlərdə 8,7, ölkə üzrə isə 16,5 faiz təşkil etməsi, son illərdə Bakı şəhərində yeni məktəbəqədər təhsil müəssisələrinin inşası və ya əsaslı təmiri istiqamətində atılan addımlar nəticəsində məktəbəqədər təhsillə əhatə səviyyəsi artaraq 27 faizə çatsa da, bu sahədə həllini gözləyən problemlərin hələ də qalması, ölkənin yaşayış məntəqələrinin 75 faizində məktəbəqədər təhsil müəssisəsinin olmaması qeyd olunub. Bu vəzifələri lazımi səviyyədə yerinə yetirmək ücün isə ilk növbədə təhsil sahəsində dövlət siyasətini həyata keçirməyə məsul olan təhsilin ali idarəedici orqanı kimi Təhsil Nazirliyinin məktəbəqədər təhsillə bağlı səlahiyyətlərinə yenidən baxılması zəruridir”.
Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirovun qənaətincə, bağçaları idarə etmək üçün dövlət tərəfindən xüsusi komitələr yaradılmalıdır: "Uşaq bağçaları nə icra hakimiyyəti orqanlarının, nə də Təhsil Nazirliyinin tabeliyində olmalıdır. Çünki bağçalar sosial əhəmiyyət daşıyan obyektlərdir. Bağçalar icra hakimiyyəti orqanlarına verilir. Onların təhsilinə nəzarət olunmur, yalnız qida ilə təmin olunurlar. Bağçalarda məktəbəqədər təhsil verilir. Məncə, uşaqların məktəbəqədər təhsilinin kamilləşdirilməsi üçün yeni strukturun yaradılması vacibdir”.
İcra hakimiyyəti qurumlarının məktəbəqədər təhsil sistemini idarə edəcək strukturu və potensialı olmadığını vurğulayan Liqa sədri deyib ki, Təhsil Nazirliyinin məktəbəqədər təhsil şöbəsi var, burada uşaq bağçalarının tədris metodikası və tərbiyəsi ilə bağlı kollektiv fəaliyyət göstərir: "Bakı Şəhər İcra Hakimiyyətininsə elə bir strukturu yoxdur. İcra hakimiyyəti orqanları maddi cəhətdən bağçaları təmin edə bilər. Lakin uşaqların intellektual səviyyələrinin formalaşması, tərbiyələrinin təkmilləşməsi daha vacibdir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə