Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
13:45 22.02.2019
Arxiv
404
ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır.
"Sherg.az"ın məlumatına görə, bunu Vyanada ATƏT Parlament Assambleyasının (PA) qış sessiyasında Milli Məclisin üzvü, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
B.Muradova bildirib: "Biz təəssüflə ATƏT-in fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqətin olmamasını qeyd edirik. Regionda qaçqın və məcburi köçkünlərin vəziyyətinin getdikcə ağırlaşdığı dövrdə münaqişədən sonra bərpa dövrünün bu vacib aspektinin təşkilatın fəaliyyətində yer almaması başa düşülmür”.
Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, ATƏT-in mövcud sənəd və qərarlarına müvafiq olaraq təşkilat münaqişələrin nizamlanmasında, eləcə də münaqişələrin qarşısının alınmasında, böhranların nizamlanmasında və münaqişədən sonrakı bərpa dövründə əsas vasitədir:
"Bu elementlərdən hər biri ATƏT-in münaqişə dövrü konsepsiyasının ayrılmaz hissəsidir. Vasitəçilik ATƏT-in vacib fəaliyyət elementidir. Bu fəaliyyət beynəlxalq hüquq norma və prinsiplərinə, neytrallıq, qərəzsizlik, razılaşdırılmış mandata riayət olunması prinsiplərinə uyğun həyata keçirilməlidir”.
Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda iştirakına gəlincə, B.Muradova vurğulayıb ki, 1999-cu ildə ATƏT Nazirlər Şurasının iclasında qəbul edilmiş qərara əsasən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflər kimi müəyyən edilib:
"Erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasından sonra hər iki icma bərabərhüquqlu şəkildə müzakirələrdə iştirak edə biləcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya