212 məktəbdə təmayül sinifləri yaradıldı
Bakı məktəblərində struktur dəyişikliyi...
21:46 07.09.2017
Arxiv
880
“Yeni dərsliklər yazılmalıdır və bunun üçün azı 2-3 il vaxt lazımdır”
212 məktəbdə təmayül sinifləri yaradıldı
212 məktəbdə təmayül sinifləri yaradıldı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 212 ümumi təhsil məktəbində 2017-2018-ci tədris ilində 499 təmayül sinfin təşkil olunması nəzərdə tutulur. Ümumi təhsil məktəblərində təmayül istiqamətləri üzrə ayrıca tədris plan və proqramları hazırlanaraq təsdiq olunub.
Təmayül siniflərində şagirdlərin sayı minimum 20 nəfər olacaq. Təmayülləşmənin tətbiqi ilə bağlı hər bir məktəbin imkanları, maddi-tədris bazası, kadr potensialı nəzərdən keçirilərək şagirdlərin meyil və maraqlarına əsasən təmayül sinifləri formalaşdırılıb.
Bəs yeni təmayül siniflərinin təşkili təhsil sistemində müsbət nailiyyətlərə şərait yarada bilərmi?
Təmayül siniflərinin təhsilin inkişafına təkan verən mühüm tədris vasitələrindən biri olduğunu deyən təhsil eksperti Kamran Əsədov Bakı şəhərində 212 ümumi təhsil məktəbində təmayül sinfinin təşkil olunması müsbət qiymətləndirib. Ekspertin fikrincə, yeni siniflərin təşkili yaxşı hal olsa da, burda bir çox problemlər yarana bilər:
"Yeni siniflərin yaradılması zamanı 10-11-ci sinif şagirdlərimiz ali məktəblərin ixtisas qruplarına uyğun olaraq təmayül siniflərində oxuyacaqlar. Bu ildən etibarən təmayül sinifləri təşkil olunacaq məktəblərdə tədris vəsaitləri olan kitabların həcmi təmayül siniflərinə uyğun deyil. Əgər həqiqətən də hər dərsdə 1 bölmə keçirilsə, dekabr ayında demək olar ki, kitablar başa çatmalıdır. Çünki təmayül sinifləri üzrə, yəni təmayül istiqaməti üzrə dərinləşmiş siniflərdə həftə ərzində dərs saatlarının həcmi 8 saata qədərdir. Bu da kifayət qədər böyük rəqəmdir.
Əlbəttə, yeni siniflərin təşkili yaxşıdır. Məsələn, kimsə texniki sahəyə və ya humanitar sahəyə maraq göstərirsə və gələcəkdə təhsilini bu istiqamət üzrə davam etdirmək istəyirsə, repetitor yanına getmədən lazım olan bilik və bacarıqları öyrənə bilər. Amma dərsliklərin həcmi buna icazə vermir. Onsuz da 2014-cü ildən etibarən müəllimlərin diaqnostik qiymətləndirməsi həyata keçirilir və ortaya çıxan nəticələr heç də qənaətbəxş deyil. Əgər köhnə oyunçularla yeni oyun oynamaq istəyirsə, yenə də əvvəlki kimi nəticəsizlik ortaya çıxacaq. Son 3 il ərzində buraxılış imtahanında iştirak edənlərin nəticələrinə baxanda görürük ki, 30 mindən çox şəxs öz ana dilindən "2” qiyməti alıb. Həmin müəllimlər yenə təmayül siniflərində olacaq? Müəllimlərin diaqnostik qiymətləndirməsində nəticələr qənaətbəxş olmadı və onların işə qəbulu zamanı demək olar ki, Bakı şəhəri üzrə çox az sayda adam işə qəbul edildi. Bütün bunları nəzərə alsaq, təbii ki, mükəmməl layihə olan təmayüllərin ciddi effekt verməyəcəyini düşünürəm”.
K.Əsədovun sözlərinə görə, orta təhsil müəssisələrində çalışan müəllimlərimiz ali məktəbə qəbul proqramını bilmirlər. Buna görə də yeni dərsliklər yazılmalıdır və bunun üçün azı 2-3 il vaxt lazımdır:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci ildə imzaladığı "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda da strateji istiqamətlərdən biri 12 illik təhsilə keçid idi. 12 illik təhsilə keçəndə dərslikləri yenidən yazmalıyıq və proqramları yeniləməliyik. Hesab edirəm ki, bir neçə ildən sonra təmayül siniflərinə keçən zaman Respublikamızın 12 illik təhsil sistemini də nəzərə almaq lazımdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq