Bakı-Qazax yolunda maşın aşdı, yaralılar var


Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonun Atakişilər kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın yerli bürosunun xəbərinə görə, Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Kamalə Balaca qızı Cavadovanın idarə etdiyi "Mitsubishi" markalı minik avtomobili aşıb. Nəticədə sürücü K. Cavadova və sərnişinləri - 55 yaşlı Roza Cəfərova, 21 yaşlı Aytac Bədəlova və 15 yaşlı Gülnur Cəfərova müxtəlif xəsarətlərlə Kürdəmir rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.