“Bakı Qərbin Mərkəzi Asiyaya girişi üçün əsas qapıdır” – AKTUAL
10:52 22.02.2019
Arxiv
594
"Cənubi Qaz Məşrəvət Şurasının toplantısı ölkəmizin regional müstəvidə siyasi mövqeyinin güclənməsinin, xüsusən Avropa ilə sıx enerji əməkdaşlığının göstəricisidir”.
Bunu "Sherg.az”a açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, bu enerji əməkdaşlığı, siyasi əməkdaşlığı da özündə ehtiva edərək, Qərbin Azərbaycana siyasi-iqtisadi dəstəyinin inkişafına zəmin yaradır: "ABŞ Azərbaycanın enerji siyasətinə yaxından dəstək verir, öz nümayəndəsini göndərir. Çünki Azərbaycan Avropanın enerji diversifikasiyasında mühüm rol oyanayan ölkədir. "Cənub Qaz Dəhlizi” və onun seqmentləri olan TANAP və TAP layihələri 2020-ci ildən başalayaraq, Avropaya ildə 16 milyard kub qaz ixrac edəcək. Hazırda "Cənub Qaz Dəhlizi” boru kəmərinin çəkilişi başa çatıb, Türkiyəyə qaz ixrac edilir. TANAP və TAP-da işlər tam yekunlaşmaq üzrədir”.
Analitikin sözlərinə görə, qaz ixracı ildən-ilə artaraq və təkcə "Şahdəniz-2” qaz-kondensat yatağından hasil edilən qazla məhdudlaşmayacaq: "Mərkəzi Asiya qazının bu kəmərlə Avropaya nəqli istisna edilmir. Türkmənistan və Qazaxısatanın "Cənub Qaz Dəhlizi”nə qoşulmasına əngəl olan əsas ölkə Rusiyadır. Məhz rəsmi Kreml Qərbin Xəzər regionunda enerji siyasətinin qarşısının alınması üçün siyasət həyata keçirir.
Xəzər dənizində öz hərbi dəniz donanmasını inkişaf etdirməsi nəzərdə tutulan "Trans-Xəzər” qaz boru kəmərinin çəkilməsinin qarşısı alınmasına hesablanıb. Rusiya Avropanın əsas qaz ixracatçısıdır. Rusiyanın Türkiyə vasitəsi ilə "Türk axını" və Almaniya ilə birgə "Şimal axını-2" qaz kəmərləri Avropaya qaz ixracını nəzərdə tutmaqla yanaşı, bu ölkələrə əsas təzyiq rıçaqıdır. Ona görə də Avropa Rusiya qazından imtina etmək üçün enerji şaxələndirməsi siyasəti aparır. Enerji siyasəti bu gün ölkəmizn müstəqilliyin güclənməsinə və inkişafında xüsusi rola malikdir”.
M.Əsədullazadə vurğulayıb ki, Bakıda keçirilən Məşvərət Şurasının siyasi-iqtisadi əhəmiyyəti olduqca yüksəkdir və bu Mərkəzi Asiyanı da əhatə edir:
"Bakı Qərbin Mərkəzi Asiyaya girişində əsas qapıdır. Bu gün Rusiyanın "Qazprom” şirkəti öz lobbiləri vasitəsi ilə çalışır ki, Azərbaycan qazının ixracının qarşısını alsın. TAP layihəsinə İtaliyada əngəllər bunun bariz sübutudur. Azərbaycan və gələcək perspektivdə Türkmən qazının Avropada genişhəcmli inkiaşfına əngəl olsun. Şərqi Aralıq dənzində və İsraildə kəşf olunan qaz yataqlarının hasilindən sonra Avropa Rusiya qazından tam imtina edəcək. Göründüyü kimi Avropaya qaz ixracı, enerji bazarı uğrunda rəqabət getdikcə yeni mərhələyə qədəm qoyur. ABŞ və Avropa bu məsələdə Azərbaycana dəstək verməklə, ölkəmizin uzun illər qitənin eneri təminatınada rol oynamasına şərait yaradacaq. Bu da Azərbaycanın Avropaya inteqrsiya prosesini gücləndirəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə