Bakı sakinləri ərzağa və siqaretə 7 milyard manat xərcləyib
10:16 04.12.2017
Arxiv
382
2017-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərinin əhalisinin tələbatlarının ödənilməsi məqsədilə paytaxtın istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 19 mlrd. 886,4 mln. manat olmaqla 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,2% artıb.
Bakı şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 95,6%-ini qeyri-dövlət sektoru təşkil edib, bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin yanvar-oktyabr aylarının səviyyəsini 1,5% üstələyərək 19 mlrd. 7,1 mln. manat olub.
2017-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,7% artaraq 15 mlrd. 108,2 mln. manat olub. Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi 2016-cı ilin yanvar-oktyabr aylarının səviyyəsini 2,7% üstələyərək 15 mlrd. 103,5 mln. manat təşkil edib.
İlin əvvəlindən paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə cəmi məhsulların alınmasına 93,5 manat daha çox vəsait xərcləyib.
2017-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,4% artaraq 6 mlrd. 861,6 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,4% artaraq 8 mlrd. 246,6 mln. manata bərabər olub. Dövriyyənin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə 0,9% artaraq 45,4% təşkil edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya