Bakıda baş verən partlayışda yaralanan şəxslə bağlı - XƏBƏR VAR




Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisindəki yanğın zamanı yanıq xəsarəti almış Zahid Şükür oğlu Mahmudovun vəziyyəti ağır olaraq qalır. Bu barədə Lent.az-a Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov bildirib. Onun sözlərinə görə, hadisə zamanı ağır dərəcəli yanıq xəsarəti almış kişinin reanimasiya şöbəsində müalicə və müayinəsi davam etdirilir.
Qeyd edək ki, yanvarın 27-də Bakıda baş verən partlayış zamanı xəsarət alan 57 yaşlı Zahid Şükür oğlu Mahmudovun bədənin 90 faizi yanıb.