
Bakıda çoxmərtəbəli yaşayış binası sakinləri üçün “Kütləvi çıxarış” kampaniyası keçirildi - FOTO
09:36 20.02.2019
Arxiv
638
Daşınmaz əmlakın qeydiyyatında kütləviliyin artırılması, vətəndaşların, o cümlədən, çoxmənzilli bina sakinlərinin rahatlıqla hüquqi cəhətdən təsdiq edilmiş mülkiyyətə sahib olması Əmlak Məsələləri Dövlət Komitəsinin daim diqqət mərkəzindədir. Vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən sistemli tədbirlər çərçivəsində Komitə yeni inşa edilmiş çoxmərtəbəli yaşayış binasında olan mənzil sakinləri üçün ünvanlardaca çıxarış kampaniyasının keçirilməsini genişləndirir. Bakı şəhəri ilə yanaşı regionları əhatə edən sosial kampaniyalar əhalinin xidmətlərdən geniş, çevik formada istifadəsinə və məmnunluğun artırılmasına yönəlib. "Kütləvi çıxarış” kampaniyası da məhz bu amala xidmət edir. Kampaniya sayəsində, yeni yaşayış binalarında, kənd və qəsəbələrdə, eləcə də birbaşa iş yerlərində vətəndaşlar çıxarışla təmin olunur, onlara qeydiyyat xidmətləri göstərilir.
Komitədən "Sherg.az"a verilən məlumata görə, növbəti belə kampaniya fevralın 20-də Yasamal rayonunda yerləşən 1 bloklu, 5 mərtəbəli, 30 mənzilli yeni yaşayış kompleksində keçirilib. Sosial aksiya çərçivəsində binanın bütün yeni mənzil sahiblərinə çıxarışlar təqdim olunub. Səyyar kampaniya vətəndaşlara çıxarışların təqdim olunması ilə məhdudlaşmayıb. Belə ki, daşınmaz əmlakın qeydiyyatı və bu istiqamətdə hüquqi yardımın göstərilməsi üzrə xidmətlərdən 50-yə yaxın vətəndaş istifadə edib. Qeydiyyat prosedurları, tələb olunan sənədlər və vətəndaşları maraqlandıran digər suallar cavablandırılıb. Bildirilib ki, mənzillərinə çıxarış əldə etmək istəyən vətəndaşlardan yalnız dövlət rüsumu və xidmət haqqının ödənilməsi tələb olunur. Onlar "Əmlakın qeydiyyatı kalkulyatoru”ndan istifadə etməklə əvvəlcədən onlayn şəkildə ödəyəcəyi məbləğlə tanış ola bilər.
Çoxmərtəbəli binalarda "Kütləvi çıxarış” kampaniyaların keçirilməsi ilə mənzillərin qeydiyyata alınması prosesi sürətlənir. Çıxarışlı mənzil sahibi olan hər bir vətəndaş ondan rahatlıqla iqtisadi və hüquqi əməliyyatlarda istifadə edir. Bəzən vətəndaşlar mənzil aldıqdan sonra çıxarışın olub olmaması ilə bağlı problemlərlə qarşılaşır. Bunun qarşısının alınması və vətəndaşların dövlət reyestrində qeydiyyata alınmış mənzilə sahib olması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidməti mövcuddur. "Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” adlı bu xidmət vətəndaşa mənzilə dair çıxarışın olub olmaması ilə bağlı dəqiq məlumat verir.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya