Bakıda daha bir abituriyent FACİƏSİ: az bal topladığına görə özünü 9-cu mərtəbədən atdı - YENİLƏNİB
10:55 23.07.2018
Arxiv
1044
Bu gün səhər saatlarında özünü Yeni Günəşli qəsəbəsi, V massivindəki 5-ci binanın 9-cu mərtəbəsindən ataraq intihar edən Şəbnəm Rzayeva abituriyent imiş və Azərbaycan Tibb Universitetinə hazırlaşırmış.
Lent.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, bina sakinlərinin sözlərinə görə, 17 yaşlı Şəbnəm Rzayeva sonuncu qəbul imtahanında 580-dən çox bal toplayıbmış. O, özünü yaşadığı 7-ci binadan deyil, yaxınlıqdakı 5-ci binadan atıb.
Şahidlər deyib ki, Şəbnəm Rzayeva intihar edərkən sağ olub. Hətta təcili tıbbi yardım maşını gələndə də canını tapşırmayıbmış.
Onun rəfiqəsinin anası Lent.az-a deyib ki, Şəbnəm ailədə 3 uşaqdan sonbeşiyi olub: "Gülərüz və həlim qız idi, hətta son günlərə qədər də depressiyada olmayıb. İlk imtahanda 530 bal toplamışdı, sonuncu imtahanda isə nəticələri bir az da yaxşılaşmışdı, 580 idi".
Qeyd edək ki, Ş. Rzayeva 278 saylı məktəbin məzunudur.
***
12:28
Bu gün səhər saatlarında Bakı şəhərinin Suraxanı rayonunda dəhşətli intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, Yeni Günəşli qəsəbəsində yaşayan 17 yaşlı Şəbnəm Rzayeva özünü binanın 9-cu mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm