Bakıda dəhşətli hadisə: 17 yaşlı qız öldü




Bu gün səhər saatlarında Bakı şəhərinin Suraxanı rayonunda dəhşətli intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, Yeni Günəşli qəsəbəsində yaşayan 17 yaşlı Şəbnəm Rzayeva özünü binanın 9-cu mərtəbəsindən atıb. 

O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.