Bakıda dilənçi özünü yandırmaq istəyib, iki polis xəsarət alıb
12:36 29.03.2019
Arxiv
651
Bakı ərazisində ictimai qaydanın və ictimai təhlükəsizliyin səmərəli təşkili, cinayət və cinayətkarlıqla mübarizə çərçivəsində avaraçılıq, dilənçiliklə məşğul olan şəxslərin ictimai təhlükəli əməllərdən çəkindirilməsi məqsədilə polis orqanları tərəfindən mütəmadi profilaktiki tədbirlər həyata keçirilir.
Aparılan təhlil və ümumləşdirmələr göstərir ki, əsasən, Yevlax rayonundan olmaqla ölkənin digər rayonlarından avaraçılıq və dilənçilik məqsədilə Bakı şəhərinə gələn şəxslərin əksəriyyəti cibgirlik, soyğunçuluq əməlləri törədir və ya getdikləri mənzillərdən oğurluqla məşğul olurlar.
Bakı şəhər Baş Polis İdarəsindən "Report”a verilən məlumata görə, martın 28-də axşam saatlarında növbəti profilaktiki tədbir zamanı dilənçiliklə məşğul olan, 1983-cü il təvəllüdlü, Bakı şəhər sakini, I qrup əlil, əvvəllər məhkum olunmuş Əhliman Məmmədov Nərimanov rayonu, Dəmirçizadə küçəsində saxlanılarkən üzərində gəzdirdiyi yanacaqla özünü yandırmağa cəhd göstərib. Ona ilkin tibbi yardım göstərilərək xəstəxanaya çatdırılıb. Yanğın xəsarətləri alan Ə.Məmmədova tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Ə.Məmmədovun özünəqəsdinin qarşısını alan zaman iki polis əməkdaşı əl nahiyələrindən yanıq xəsarətləri alıblar.
Paytaxtda polis tərəfindən xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya