Bakıda eyni klinikada daha bir ÖLÜM




Bakıda daha bir klinikada ölüm olub.
Nərimanov rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə "Grand Hospital”da qeydə alınıb. Ürəyindən əməliyyat olunan 1962-ci il təvəllüdlü Qasımov Nurağa Hüseynağa oğlu əməliyyatdan sonra dünyasını dəyişib.


Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.


Qeyd edək ki, noyabrın 30-da "Grand Hospital” tibb mərkəzində üzərində keçirilmiş əməliyyatdan sonra 1997-ci il təvəllüdlü Mirzəyeva Ayşən Müşviq qızının vəziyyəti ağırlaşaraq koma vəziyyətinə düşüb və o, dekabrın 5-də vəfat edib.