Bakıda fəhlə 16 gündür yoxa çıxıb - Sevgilisi onu axtarır




Bakıda 16 gündür fəhlə yoxa çıxıb.

Lent.az-ın məlumatına görə, Ağstafa rayon sakini Sevil Haqverdiyeva rayon Polis Şöbəsinə müraciət edərək, mayın 5-də onunla eyni evdə yaşayan, 1962-ci il təvəllüdlü Ziyaddin Heydərov əvvəllər işlədiyi Bakı şəhəri Qaradağ rayonunda yerləşən zavoddan pul almaq məqsədilə evdən çıxaraq geri qayıtmayıb.

Faktla bağlı araşdırma başlanılıb.