Bakıda güclü yanğın başlayıb




Bakıda güclü yanğın başlayıb. Lent.az-ın məlumatına görə, paytaxtın İmran Qasımov küçəsində, "Azərbaycan" universitetinin arxasında yerləşən həyət evləri yanır. Saytımızın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğının həcmi get-gedə böyüyür və digər evlər də təhlükə altına düşüb. Yarım tikililərin isə bir hissəsi yanıb. Orada xeyli sayda həyət evlərinin olduğu bildirilir.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
İlkin məlumata görə, orada xeyli yarım tikili evlər olub ki, əhali ora zibil atırmış. Yanğın da həmin zibilxanadan başlayıb.