Bakıda hakimin bahalı iti oğurlandı - tapana mükafat veriləcək

Azərbaycanda Alabay cinsindən olan bahalı it oğurlanıb.
 "Report”un məlumatına görə, itin sahibi Samir Mayılov PB-yə müraciət edərək itinin tapılmasın üçün köməklik göstərilməsini xahiş edib.
Bundan başqa, S.Mayılov elan saytlarına da elan verərək itini tapan şəxsə min manat mükafat vəd edib.
Məlumata görə, iti itmiş S.Mayılov Xəzər Rayon Məhkəməsinin hakimidir.