Bakıda küçələrin birinə Polad Həşimovun adı verildi 


Bakıda küçələrdən birinə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adı verilib.

Oxu.Az-ın məlumatına görə, Xətai rayonunda yerləşən Naximov küçəsinin adı dəyişdirilib. 

Dəyişikliyə əsasən, bundan sonra Naximov küçəsi Polad Həşimov küçəsi adlandırılacaq.