Bakıda kütləvi dava: xeyli insan tutuldu




Bakıda kütləvi dava olub. Lent.az xəbər verir ki, Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində bir qrup şəxs arasında dava-dalaş düşüb. Nəticədə Orxan Qəmbərov bıçaqlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində davanın iştirakçıları, Bakı şəhər sakinləri Şahin Hüseynov, Vaqif Hüseynov, Şərur rayon sakinləri Pərvin Hüseynov və Vüsal Quliyev tutulublar.



Faktla bağlı araşdırmalar davam etdirilir.