“Bakıda mənzillərin qiyməti bahalaşacaq” - Ev almaq istəyənlər, tələsin !
16:21 28.03.2019
Arxiv
574
"Yaxın vaxtlarda paytaxt ərzisində mənzillərin qiyməti bahalaşacaq”
Bunu "Sherg.az”a mənzil məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib.
Onun sözlərinə görə,hazırda mənzil bazarında alıcılıq qabiliyyəti o qədərdə yüksək deyil:
"Ay ərzində ipoteka kreditləri hesabına bazarda müəyyən qədər aktivlik yaranır. Amma ümumilikdə bu aktivlik qənaətbəxş hesab oluna bilməz. Çünki aparılan tədqiqatlar göstərir ki, mənzil bazarında nəğd alışların sayı yüksək deyil. Xüsusən ilin əvvəlində ipoteka kreditlərinin verilməsində problem olduğu üçün bazarda tələb azalıb. Yəqin ki, növbəti aylarda mənzil bazarında dinamikanın yüksəlməsini müşahidə edəcəyik. Çünki bazarda aktrivlik növbəti aydan başlayacaq. Amma bazarda hələ ki stabillik hökm sürür”.
R.Osmanlı söyləyib ki, mənzil bazarında qiymət dəyişməsi müşahidə olunmur:
"Ötən aylarla müqaisədə hazırda mənzillərin qiymətində nə artım, nə də azalma müşahidə olunur. Bu hal tələbin azlığı ilə əlaqədardır. Proqnozlar var ki, bu hal yaxın on gün ərzində davam edəcək. Amma növbəti aylarda qiymətlərdə müəyyən qədər yüksək dinamika müşahidə olunacaq”.
Kirayə mənzillərin qiymətinin artması məsələsinə toxunan ekspert onu da qeyd edib ki, kirayə mənzil bazarı üçün bu aylar passiv dövr kimi qiymətləndirilir:
"Çünki kirayələrin qiymətində dəyişikliklər əsasən yay fəslində iyul-avqust aylarında baş verir. İyul ayında paytaxtda kirayə yaşayan tələbələr rayona getdiyi üçün tələb aşağı düşür və qiymətlər azalır. Amma avqust ayında bu tendensiya əksinə davam edir. Amma hazırda kirayə evlərin qiymətinin qalxması Novruz bayramı ilə əlaqədardır. Bayramla bağlı olaraq paytaxda turist axını nəticəsində kirayə evlərin qiyməti yüksəlib. Amma bu vəziyyət müvəqqəti xarakterlidir”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm