Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransı işini davam etdirir





Milli Məclisdə Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransı işini davam etdirir.

Trend-in məlumatına görə, 44 ölkədən 250-yə yaxın nümayəndənin iştirak etdiyi konfransda dayanıqlılığın təşviqi, gələcək nəsillərin maraqlarının müdafiəsi məsələləri müzakirə olunur.

Konfransın ikinci günündə Azərbaycan tərəfdən "Azərkosmos" ASC-nin sədr müavini Rövşən Rüstəmov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva və digərləri çıxış edəcəklər.

Dekabrın 14-də başlayan konfrans öz işini bu gün yekun sənədlə başa vuracaq.