Bakıda universitetlər köçürüləcək, tarix hələ məlum deyil

Bu Nazirlər Kabinetinin verəcəyi qərardan asılı olacaq



Paytaxtdakı universitetlərin şəhərdən köçürülməsi məsələsi yenidən gündəmə gəlib. Səbəb kimi Bakıda tıxac problemi və regionların iqtisadi inkişafı göstərilir.

Ali məktəblərin köçürülmə prosesinə başlanıb-başlanmamasını və konkret hansı ərazilərə köçürüləcəyini öyrənmək üçün Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehovla əlaqə saxladıq. TN rəsmisi bildirdi ki, bu, Nazirlər Kabinetinin verəcəyi qərardan asılıdır.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli isə "Şərq”ə bu haqda NK-nın rəsmi qərarının olmadığını açıqlayıb: "Ancaq haralardasa və kimlərsə tərəfindən müzakirələr gedə bilər, onu bilmirəm”.

Məlumat üçün qeyd edək ki, ali təhsil müəssisələrinin köçürülməsi "Böyük Bakının Regional İnkişaf Planı”na uyğun nəzərdə tutulub və 2030-cu ilə qədər köçürülməsi planlaşdırılıb.

Vüqar Şahinoğlu