Bakıda "Xəzər" kafesindəki yanğın söndürülüb




Bakının Nobel prospektində yerləşən "Xəzər" kafesində bir müddət əvvəl baş vermiş yanğın söndürülüb.

Trend-in məlumatına görə, hadisənin səbəbi hələ məlum deyil. Araşdırma aparılır.


Qeyd edək ki, bu gün Bakının Nobel prospektində kafedə güclü yanğın olub.

Hadisə "Xəzər" kafesində baş verib. Yanğın kafenin dam örtüyündən başlayıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə gediblər.