Bakının mərkəzində qəza - Tıxac yarandı



Bakıda Opel markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yüksək sürətlə Nissan markalı minik avtomobilinə çırpılıb.

Oxu.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə Hənifə Əsgərov küçəsində baş verib.

Nəticədə ərazidə tıxac yaranıb. Təcili tibbi yardım maşınları da qəza baş verən yerə yaxınlaşa bilməyib.